Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektə arzulamaq öyrədilib


“Google” şirkəti tərəfindən hazırlanmış “DeepMind” süni intellekt sisteminə arzulamaq öyrədilib və bu, sistemin səmərəliliyini yüksəldib.

Yeni sistem “Unsupervised Reinforcement and Auxiliary Learning agent” adlandırılıb. Onun işi arzulamaq prosesini imitasiya edən alqoritm əlavə edilmiş “DeepMind” süni intellektinə əsaslanır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, sistem “Labyrinth” oyununu əvvəllər yaradılmış başqa sistemlərlə müqayisədə 10 dəfə daha sürətli keçib. Bundan sonra sistem “Atari” kompüterinə məxsus 57 köhnə oyununu oynayıb və həmçinin yüksək nəticə nümayiş etdirib. Ayrı-ayrı oyunlarda sistem 3000 bal toplayıb, halbuki yeni sistemin sələfləri heç bir bal toplaya bilməyiblər.
Arzulamağı bacaran "Unreal” sistemi oyunları insanlardan 880% daha yaxşı keçib.

“DeepMind” süni intellektinin əsas məqsədi – fundamental məsələlərin (məsələn, planetdə enerji sərfiyyatının optimallaşdırılması) həllidir. Arzulamağı bacaran alqoritm bu istiqamətdə ciddi irəliləyişə imkan verəcək.

Emil Hüseynov





23/11/16    Çap et