“Selfie” çəkilişində ölüm hallarının qarşısını alacaq proqram yaradılıb
Pitsburq Karnegi-Mellon Universitetinin elmi əməkdaşları bilavasitə “selfie” çəkilişi zamanı ölüm hallarının qarşısını almağa imkan verəcək yeni əlavənin sınaqlarını keçirirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, kameranın əks tərəfinin tətbiqi zamanı proqram həyat üçün hava şəraiti, sürətlə gedən nəqliyyat, uçurum və s. kimi riskli faktorları müəyyənləşdiriləcək. Ətraf mühiti öyrənən əlavə “selfie” çəkən şəxsi gözlənilən təhlükə ilə bağlı xəbərdarlıq edəcək.
Məlumata görə, inişildən dünyada bilavasitə “selfie” çəkilişi zamanı 124 ölüm halı qeydə alınıb. Belə bədbəxt hadisələrin baş verdiyi ölkələr siyahısında Hindistan liderlik edir. Məlum olub ki, bu dövlətin ərazisində 76 oxşar ölüm hadisəsi olub. Həmçinin “selfie” zamanı Pakistanda 9, ABŞ-da 8, Rusiyada 6 ölüm halı qeydə alınıb. Alimlər qeyd edirlər ki, “selfie” həvəskarlarının həlak olmalarının başlıca səbəbi yüksəklikdən yıxılmadır. Çünki əksər insanlar qayalarda, müxtəlif çoxmərtəbəli binaların damlarında şəkil çəkdirməyi xoşlayır. Rusiya və ABŞ-da isə ölüm hallarının çoxu kamera qarşısında müxtəlif silahlarla səhlənkar davranma nəticəsində baş verib.
Nizam Nuriyev