Süni intellekt insanlara naməlum dil yaradıb
“Google Translate” xidmətinin işində müşahidə edilən qəribə xüsusiyyətlərə diqqət yönəltmiş “Google” korporasiyasının əməkdaşları bildiriblər ki, robotlar əsrinə az qalıb.
“ICTnews” Elektron Xəbər Xidməti
planet-today.ru saytına istinadən yazır ki, "Google Translate" xidmətinin mətnlərin tərcüməsində istifadə etdiyi neyron şəbəkələri o qədər mürəkkəb alqoritmdir ki, bəzi aspektlərdə onları süni intellektlə müqayisə etmək olar.
“Google”un mühəndisləri tərəfindən yaradılmış və süni intellekti xatırladan alqoritmlər insanlara naməlum olan dil yaradıblar.
"Biz keçirdiyimiz sınaq zamanı neyron şəbəkəsinə ingilis dilindən yapon dilinə və əksinə, daha sonra ingilis dilindən koreya dilinə və əksinə tərcümə etməyi öyrətdik. Bundan sonra belə neyron şəbəkəsinin yapon dilindən koreya dilinə tərcümə edə bilməsini yoxladıq. Məlum oldu ki, edə bilir. Beləliklə, tərcümə etməyə öyrədilmiş neyroşəbəkənin daxilində insanlara naməlum dil yaranıb" – şoka düşmüş ekspertlər bildiriblər.
Emil Hüseynov