“Aztelekom.net” istifadəçilərinin sayı 200 000-ə çatıb
"Aztelekom" MMC-yə məxsus "Aztelekom.net" dövlət internet provayderinin istifadəçilərinin sayı 200 000-ə çatıb.
Qusar rayon sakini Elmar Osmanov provayderin 200 000-ci istifadəçisi olub.
Provayderin şanslı istifadəçisinə hədiyyə olaraq 3 aylıq internet xidmətindən pulsuz istifadə sertifikatı və planşet təqdim olunub.
Bu münasibətlə, "Aztelekom" MMC-də keçirilən tədbirdə MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, əsas məqsəd istifadəçiləri keyfiyyətli xidmətlərlə təmin etməkdir.
O, xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksək səviyyədə təmin edilməsi istiqmətində görülən işlər nəticəsində "Aztelekom.net" istifadəçilərinin sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb.
Bu uğurda "Aztelekom" MMC-nin yerli telekommunikasiya qovşaqlarının əməyinin də əvəzsiz olduğu bildirilib.