Son “Samsung” smartfonlarında ekranın təsvir ölçüsünü dəyişmək mümkün olacaq
“Samsung” şirkətinin rəsmi istifadəçi təlimatına görə, “Samsung Galaxy S7” və “Galaxy S7 Edge” modelləri üçün “Android 7.0 Nougat” sistem versiyasınadək yenilənmədə 20-dən çox yeni funksiya və vizual yenilik olacaq. Onlardan bəziləri, məsələn, proqram qovluqları və ya çoxekranlı rejim “Google” şirkəti tərəfindən “Android 7.0” versiyasına quraşdırılıb, lakin modernləşdirilmiş “TouchWiz” istifadəçi interfeysinə məxsus dəyişikliklər də edilib.
“ICTnews” Elektron Xəbər Xidməti "
4PDA” resursuna istinadən yazır ki, burada söhbət funksiyalar menyusunda yeni nişanlar kimi kiçik dəyişikliklərdən deyil, istifadəçi üçün təfsilatlı göstərilmə tələb olunmayanda ekranın təsvir ölçüsünün kiçildilməsi imkanından gedir. Bu, qrafik sürətləndiricinin işini asanlaşdırmağa imkan verəcək ki, bu da öz növbəsində qurğunun avtonom işləmə vaxtına müsbət təsirini göstərəcək.
Bu yenilikdən başqa bildirişlər əlavəsi yazışmaları mövzu və kontaktlara görə qruplaşdırmağa şərait yaratmağa başlayıb. Qalereyanın aşağı hissəsində “Samsung Galaxy S7” və “Galaxy S7 Edge” smartfonlarının yenilənmiş interfeysində “Android Marshmallow” versiyası ilə müqayisədə edilən digər dəyişikliklərlə tanış olmaq mümkündür.
Nizam Nuriyev