Protez qoymada irəliləyiş edəcək yeni “3D” protez icad edilib
Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni innovativ texnologiyalı “3D” protez təqdim edib. Protezin “3D” printer və skaner vasitəsilə yaradılması onu maksimum həqiqi ayaq formalarına yaxınlaşdırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rsute” resursuna istinadən yazır ki, “3D” printer və skaner vasitəsilə yaradılan qurğudan istifadə çox rahat və sadədir, eləcə də xoşgörkəmli xarici görünüşə malik olması başqa insanlarda qorxu hissi yaratmır. Qurğu sağlam ayağa maksimum dərəcədə oxşayır və analoqları ilə müqayisədə az çəkisi ilə seçilir. Bundan əlavə, protez əksər hallarda yalnız kosmetik funksiyanı yerinə yetirən əvvəlki texnologiyalardan daha funksionaldır.
“3D” protezin kütləvi istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir.
Nizam Nuriyev