2020-ci ilə kompüter bazarında azalma proqnozlaşdırılır
2016-cı ildə qlobal fərdi kompüter (FK) tədarükünün həcmi əvvəl güman edildiyi qədər azalmayacaq. “IDC” şirkətinin analitikləri proqnozu yenidən nəzərdən keçiriblər, indi masaüstü kompüter və noutbukların ümumi tədarük həcmini 258.2 milyon səviyyəsində proqnozlaşdırıblar ki, bu da 2015-ci illə müqayisədə 6.4% azdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, gözləntilərə görə, yuxarıda qeyd olunan tədarük həcminin 103.5 milyonu və ya 40.1%-i masaüstü kompüter sinfinə aid olacaq, yığcam kompüterlərin payı isə 59.9% və ya 154.7 milyon təşkil edəcək. 2016-cı ildə inkişaf etmiş ölkələrin bazarına ümumilikdə 126.1 milyon FK tədarük olunacaq, inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 132.1 milyon təşkil edəcək.
Analitiklər proqnoza düzəliş səbəbini üçüncü rübün nəticəsi ilə izah ediblər. 2016-cı ilin iyul-sentyabrında FK tədarükünün 4.6%-lik azalması qeydə alınıb, bu da gözləntiləri 2% ötüb. “IDC” analitik şirkəti ABŞ, Qərbi Avropa və Yaponiyada FK dinamikasının yaxşılaşmasını qeyd ediblər.
Analitiklər 2017-ci ildə FK tədarükünün 2.1% səviyyəsində azalmasını proqnozlaşdırırlar. Gözləntilərə görə, gələn il bazara 154.6 milyon noutbuk və 98.2 milyon masaüstü kompüter tədarük ediləcək.
Yaxın gələcəkdə sabitləşmə tendensiyası saxlanılacaq və 2018-ci ildə biznes istifadəçiləri üçün FK qurğuları üzrə cüzi artım gözlənilir. Artıq cari ildə korporativ sinfə aid noutbuklar üzrə artım proqnozlaşdırılır və 2019-cu ildə bu kateqoriya üzrə artım tempi 3,7% olacaq. 2018-ci ildə biznes masaüstü kompüterlər seqmentində sıfır artım proqnozlaşdırılır. Nəhayət, 2020-ci ilədək istehlak noutbukları və masaüstü kompüterlərin tədarük həcmi cüzi azalacaq.
Emil Hüseynov