“Reuters”: “Süni intellekt doğru xəbərləri yalan xəbərlərdən ayıracaq”
“Reuters” agentliyi tədqiqat apararaq hazırda bütün xəbərlərin 20 faizinin əvvəlcə “Twitter” sosial şəbəkəsinə yerləşdirilməsini və sonradan xəbər başlıqlarına çıxarılmasını müəyyənləşdirib. Təəssüflə qeyd edilməlidir ki, məhz sosial şəbəkədə xəbər agentliklərinin sürətlə paylaşdığı yalan xəbərlər effektiv yaranır və yayılır. Bunun qarşısını almaq üçün “Reuters” süni intellekti kontentin filtrdən keçirilməsinə cəlb edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “News Tracer” adlanan yeni sistem doğru xəbərləri “spam”, cəfəngiyat, reklam və informasiya qalmaqalından seçmək üçün “Twitter”də dərc edilən bütün materialları filtrasiya edən alqoritmdir. Reportyorlar belə olduqda sosial şəbəkələrin monitorinqi ilə deyil, bilavasitə öz işləri - müxtəlif xəbər süjetlərinin dərindən öyrənilməsi və təhqiqi ilə məşğul ola biləcəklər.
2014-cü ildən hazırlanan “News Tracer” tematik baxımdan oxşar “tweet”lərin toplanmasını müəyyənləşdirməklə işə başlayır və siyasət mövzusunu siyasətə, idman mövzusunu idmana və s. oxşar mövzuları ayırır. Daha sonra sistem bütün toplanmış məlumatların ardıcıl konspektini yaratmaq üçün dil emalından istifadə edir.
Başlıca amil isə “News Tracer” sisteminin jurnalist kimi düşünə bilməsi üçün yaradılmasındadır. Harvard Universitetinin “NiemanLab” laboratoriyasının mütəxəssislərinin sözlərinə görə, virtual düşüncə 40 faktoru nəzərə alaraq qərar qəbul edir. O, xəbəri ilk yayan insanın olduğu yeri və statusu kimi informasiyasından istifadə edərək sonradan onun yayılmasını təhlil edir, “etibarlıq” reytinqini müəyyənləşdirir. Sistem, həmçinin jurnalistlər tərəfindən “etibarlı” kimi qeyd edilən xəbərlərin mənbələr üzrə ikiqat yoxlamasını həyata keçirir və potensial etibarlı mənbələrin sayını artırmaq üçün ilk mənbədən istifadə edir. Bundan başqa, “News Tracer” yeni “hashtag”ları real xəbərlərdən asanlıqla fərqləndirə bilir.
Sistemin nəzərə aldığı məlumat birləşmələri ondan xəbər verir ki, "News Tracer” hazırda bütün xəbərlər lentində birinci olan kimin harada nəsə deməsinə əsaslanan xəbərlərlə deyil, real, fiziki hadisələr - qəzalar, etiraz və ya cinayətlərlə bağlı mövzularla işləməsi daha məqsədəuyğun olar. Bununla belə, yeni alqoritm süni intellekti ilkin filtrdən keçirərək istifadəçiyə yalnız onun görmək istədiyi sosial şəbəkə alqoritmlərindən fərqli olaraq xəbərlər şəbəkəsində necə işləməli olmasını nümunə kimi nümayiş etdirir. “Reuters” nümayəndələri əmindirlər ki, süni intellekt hamının gündəlik istifadə etdiyi xəbərlərin keyfiyyətini xeyli artıracaq.
Nizam Nuriyev