Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision” mahnı müsabiqəsinə qədər paytaxtın taksofon parkı yenilənəcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxtın taksofon parkını yeniləmək istiqamətində işlərə başlayıb.
“Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar bu istiqamətdə işlər intensivləşdirilib.Bu barədə BTRİB-in Bakı Avtomat Telefon Qovşağının rəisi Rəfalət Tarverdiyev məlumat verib.
Onun sözlərinə görə, universal tipli taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən əhali tərəfindən kütləvi şəkildə istifadə olunur.”Bu taksofonların üzərində ingilis dilində yazılar da olduğundan xaricilərin istifadə etməsi üçün çox əlverişlidir.
Buna görə də birlik belə taksofonların tətbiqini genişləndirmək istəyir” İdarə rəisinin sözlərinə görə, yeni taksofonlar ilk növbədə şəhərin mərkəzində, daha sonra isə kənd və qəsəbələrdə yerləşdiriləcək.
29/09/11 Çap et