Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və yüksək texnologiyalar naziri Neftçalada vətəndaşlarla görüşəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 09.12.2016-cı il tarixində saat 12:00-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Neftçala rayonunda 02126 33628
Salyan rayonunda 02125 50615
Biləsuvar rayonunda 02529 51335
Cəlilabad rayonunda 02524 52248
Cəbrayıl rayonu üzrə 02638 43799
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
06/12/16 Çap et