Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Onlayn reklam gəlirləri xeyli artıb
Cari ilin ilk yarımilliyində internet reklamdan əldə olunan gəlir 2010-cu ilin analoji dövrü ilə müqayisədə 23,2% artaraq 14,9 milyard dollar təşkil edib.
Bu barədə “İnternet Advertising Bureau”-nun yeni hesabatında qeyd olunub. Keçən illə müqayisədə onlayn reklamdan əldə olunan gəlirlərin artım sürəti demək olar ki, ikiqat artıb.
Belə ki, 2010-cu ildə bu göstərici 12,1 milyar dollar təşkil edib, bu isə 2009-cu illə müqayisədə 11,3% artım deməkdir. 2011-ci ilin ilk yarımilliyində displey reklamdan əldə olunan gəlir 27,1% artaraq 5,5 milyard dollar olub.
29/09/11 Çap et