Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot cərrah göz əməliyyatlarının keçirilməsində kömək edəcək


Kembric Universitetinin alimləri tərəfindən hazırlanmış kiçikölçülü robot cərrah pasiyentin gözündə əməliyyat keçirməkdə kömək edəcək. Robotun ölçüsü kiçikdir və iki manipulyator vasitəsilə hərəkətə gətirilən nazik “əl”lərinin diametri 1.8 mm təşkil edir və bu, bəzi əməliyyat növlərinin keçirilməsinə kifayət edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki,  “Axsis” robotu məxsusi olaraq cərrahi dəqiqliyi təmin etmək üçün hazırlanıb, çünki onun “əl”ləri ilə müqayisədə insanın barmaqları qalındır. Robot mürəkkəb proqram təminatı tərəfindən idarə olunur. Sözügedən proqram təminatının əsas məqsədi insanın hərəkətlərini öncədən müəyyənləşdirməklə mürəkkəb məsələlərin icrası zamanı onu səhvlərdən qorumaqdır.

Robotun “əl”ləri “NASA”-nın məhsulu olan xüsusi polietilen sapdan hazırlanıb və elastikdir, öz xüsusiyyət və möhkəmliyinə görə poladı xatırladır. Yığcam avtomatlaşdırılmış robotun dəyəri elə də baha olmadığından kiçik xəstəxanalar üçün əlçatandır.

Emil Hüseynov





06/12/16    Çap et