2016-cı ildə “Android” platformasında boşluqların sayı 158% artıb
2017-ci ildə soyğunçuluq və zərərverici bank proqram təminatından istifadəyə əsaslanan kiberhücumların sayı artacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Quick Heal Technologies” şirkətinin mütəxəssisləri tərəfindən dərc edilmiş 2016-cı ilin üçüncü rübünün hesabatına əsasən, bu il “Android” platformasında aşkar edilmiş boşluqların sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 158% artıb.
“Şirkətin araşdırmasına görə, son 3 ayda mobil platformalar üçün fırıldaqçı proqram təminatının sayı 2016-cı ilin ikinci rübünün göstəricisi ilə müqayisədə 33% artıb. Ekspertlər, həmçinin arzuolunmaz və reklam proqram təminatının cüzi azalmasını qeydə alıblar. Cari ilin üçüncü rübündə mobil bank troyanlarının sayı 25% artıb. Ümumilikdə 2015-ci illə müqayisədə mobil platformalara hücum üçün nəzərdə tutulmuş zərərverici bank proqram təminatının sayı 76% artıb.
Məlumata görə, kibercinayətkarlar zərərverici reklamı tətbiq etməklə hücumların əhatə dairəsini genişləndiriblər. Bundan əvvəl cinayətkarlar yalnız arzuolunmaz reklam nümayiş etdirdikləri halda indi onların əsas məqsədi informasiyanı oğurlamaqdır.
Emil Hüseynov