Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biosensor cihaz stress və həyəcanla mübarizədə kömək edəcək


Bir çox müasir araşdırmalar xəstəlikləri, vaxtından əvvəl qocalmanı, həmçinin bir çox başqa fizioloji və emosional vəziyyəti stresslə əlaqələndirirlər. İstehsalçılar istifadəçilərin stressə reaksiyasını daha dəqiq göstərmək üçün “Lief” adlı yeni daşınan qurğu yaradıblar. "Ağıllı" cihaz istifadəçinin stress və həyəcan səviyyəsini izləyəcək, həmçinin lazım olduqda sakitləşdirici hərəkətlər etməyi tövsiyə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, demək olar ki, bütün fitnes trekerlər ürək döyüntülərinin ölçülməsi üçün nəzərdə tutulub. Bununla belə, belə ölçmə, bir qayda olaraq, emosional vəziyyəti deyil, fiziki vəziyyəti qiymətləndirir. Yeni cihaz fərqli yanaşma tətbiq edir. Elastik silikon örtüyün alt hissəsində üçoxlu hiroskop və ürəyin hərəkətlərinin milli-saniyə dəqiqliyi ilə təhlili üçün elektrokardioqram datçiki gizlədilib. Yeni qurğu səmərəli nəticə üçün istifadəçinin sinəsinin altında yerləşdirilməlidir.

Sözügedən cihaz ürək ritminin dəyişikliklərinə diqqət yetirəcək və onu istifadəçinin tənəffüs dövrü ilə tutuşduracaq. Belə yanaşma yalnız istifadəçinin fizioloji vəziyyətini deyil, həm də onun stress səviyyəsini qiymətləndirməyə imkan verəcək. Qurğu istifadəçidə həyəcanın artdığını müşahidə etdikdə xüsusi vibrasiya siqnallarının köməyi ilə nəfəs və ürək  ritminin sinxronlaşdırılmasına kömək edəcək.
İndi istehsalçılar cihazın kütləvi istehsalı üçün “Kickstarter” platformasında pul toplayırlar. Qurğunu 179 dollara ilkin sifariş etmək mümkündür.

Emil Hüseynov





07/12/16    Çap et