Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Sukerberq vəhşi öküz əti yeyib
Keçən yaz “Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberq yalnız öz əli ilə öldürdüyü heyvanların ətini yeyəcəyini söz verib.
Bundan sonra dünyada ən böyük sosial şəbəkənin rəhbəri omar (onayaqlı, iri dəniz xərçəngi), donuz, toyuq və keçi "öldürərək" ətindən istifadə edib. Bu yaxınlarda isə o, öz menyusuna bizon ətini də əlavə etməyə qərar verib.
“Fortune” nəşri bildirib ki, Mark Sukerberq ovçuluq üçün lisenziya alıb. Maraqlıdır ki, “F8” konfransında “Mark Sukerberq ilə şirəli ət tikəsi” fotosu görünüb. Şəkildə "Bizon burqeri" imzası da diqqət çəkib.
“Facebook”un banisi sağlam qidadan istifadə etməyə üstünlük verir. Deyilənlərə görə, bizon əti mal ətindən daha dadlıdır və eyni zamanda onda xolesterin olduqca azdır.
29/09/11 Çap et