Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Neyron şəbəkəsi bir şəklin köməyi ilə insan sifətinin üçölçülü modelini yaratmağı öyrənib


Cənubi Kaliforniya Universitetinin alimlər qrupu tərəfindən yaradılmış proqram bir şəkil üzrə insan sifətinin üçölçülü təsvirini yaratmağı öyrənib.

Adətən "virtual sifət”lərin yaradılması üçün mükəmməl işıqlandırma şəraitində bir neçə rakursdan çəkilmiş keyfiyyətli şəkillərdən istifadə edilir. Bu, insan sifətinin asimmetriya, əyrilik və xırda detallar daxil olmaqla bütün xüsusiyyətlərini göstərmək üçün lazımdır. Amerikalı alimlər tərəfindən hazırlanmış metod gündəlik vəziyyətdə çəkilmiş bir qeyri-peşəkar şəklin köməyi ilə eyni nəticəni əldə etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər tədqiqat işi zamanı şəkil üzrə sifətin formasını "oxumaq" qabiliyyətinə malik model yaradıblar. Bundan sonra onlar öncədən hazırlanmış çox dəqiq “VGG-19” neyron şəbəkəsindən istifadə ediblər ki, sonuncu sifəti təhlil edərək onlara real tekstura seçib. Neyron şəbəkəsi bu məsələnin həlli üçün müxtəlif yaş və milliyyətdən olan kişi və qadın sifətlərinin şəkillərindən ibarət məlumat bazasından istifadə edib.

Alimlərin fikrincə, yeni texnologiya gələcəkdə virtual reallıq avatarlarının yaradılması və ya onlayn oyunların təkmilləşdirilməsində tətbiq edilə bilər.

Emil Hüseynov







09/12/16    Çap et