Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda antivirus proqramları istehsal olunacaq


“Kür” Elektron Avadanlıqları İstehsalı Müəssisəsi ilə Türkiyənin “Trend Mikro” şirkəti arasında antivirus proqramlarının istehsalı ilə bağlı ikitərəfli müqavilə imzalanıb. Müqaviləyə görə, “Kür” “Trend Mikro”nun Azərbaycanda distribütorudur.

Bu barədə “ictnews”-a məlumat verən müəssisənin direktoru Rizvan Osmanov bildirib ki, söhbət Azərbaycan bazarında rəqabətə davamlı antivirusların DVD formatında istehsalı və satışa çıxarılmasından gedir.

“Şəbəkələrin, serverlərin qorunmasında belə geniş şəkildə istifadə ediləcək bu proqramlar münasib qiymətə olmaqla satılacaq ki, bu da istifadəçilərin böyük marağına səbəb olacaq” Qeyd edək ki, “Trend Mikro” şirkəti ABŞ-ın “Hellium” şirkətlər qrupunun İstanbul nümayəndəliyidir.




29/09/11    Çap et