Yapon universiteti klassik yazıçının surəti olan robotu işə götürüb
Yaponiyanın Nisyoqakusya Universiteti yapon ədəbiyyatının klassiki Soseki Nasumenin (1867-1916-cı illər) xarici görünüşünü ən xırda detallarına kimi köçürən danışan robotu - yeni professoru işə götürüb.
"Salam, mənə elə gəlir ki, biz sonuncu dəfə 100 il bundan əvvəl görüşmüşük" – robot öz təqdimatında belə deyib. “Android” bu ifadəni təsadüfən səsləndirməyib: o, sevimli yapon ədəbiyyatçısının 100 illiyi münasibətilə yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
http://tass.ru” saytına istinadən yazır ki, sözügedən “ağıllı” maşın bir neçə insanabənzər robot yaratmış Osaka Universitetinin professoru Hirosi İsiquro tərəfindən düzəldilib.
Robotlaşdırılmış Soseki Nasume vaxtilə təhsil aldığı universitetdə öz vəzifəsinin icrasına başlayıb. Robot öz “əsərindən” bəzi hissələri tələbələrə oxuyaraq izah edir. Layihənin müəllifləri gənclərin klassik ədəbiyyata daha çox maraq göstərəcəyi fikrindədirlər.
Robot məşhur yazıçının nəvəsi Fusanosuke Nasumenin səsi ilə danışır. Robotun maksimum oxşarlığı üçün üçölçülü kompüter təsvirindən istifadə edilib.
Emil Hüseynov