Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planet sakinlərinin bir çoxu hələ də internetin əhəmiyyətini başa düşmürlər


Meksikada XI İnternet İdarəçilik Forumu öz işini yekunlaşdırıb. Forum iştirakçıları planetin bütün sakinlərinin qlobal şəbəkəyə çıxışının təmini və müasir informasiya texnologiyalarından istifadədə bərabərsizliyin aradan qaldırılması üzrə yeni yanaşma tapmaq zərurəti haqda bildiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən yazır ki, 2016-cı ilin sonuna 3.5 milyard nəfər internetdən istifadə edəcək ki, bu da dünya əhalisinin 47%-ni təşkil edir. İslandiyada əhalinin 98.2%-i internetə çıxışa malikdir.

İnternetdən istifadə üzrə ən aşağı göstərici Afrikanın Sahara səhrasından cənubda qeydə alınıb. Bu regionun bəzi ölkələrində əhalinin 3%-dən az hissəsi internetdən istifadə edir. Məsələn, Çad Respublikasında bu göstərici 2.7%, Syerra Leonedə 2.5%, Nigeriyada 2.2%, Somalidə 1.8% və Eritreyada 1.1%-dir.

Forum iştirakçıları internetin gələcəyi ilə bağlı dörd gün davam edən gərgin müzakirə və mübahisələrdən sonra konkret addımlar atmağa səsləyiblər.

Onlar bildiriblər ki, indi insanların qlobal şəbəkəyə qoşulması üçün bu və ya digər rayonlarda internet xidmətinin müvafiq qiymətə əlçatan olması kifayət deyil. Ekspertlər qeyd ediblər ki, bir çox insanlar yeni texnologiyaları öyrənmək istəmirlər. Məhz marağın olmaması internet istifadəçilərinin sayının artmasında ciddi maneədir.

Forum zamanı keçirilmiş görüşlərdə bir çox aktual problemlər, həmçinin insan hüquqları və onlaynda fikir azadlığı onlayn, çoxtərəfli əməkdaşlıq və kibertəhlükəsizlik kimi məsələlər müzakirə edilib. Gənclər, gender problemi və rəqəmli fərq diqqət mərkəzində olub.

Emil Hüseynov





10/12/16    Çap et