Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüter mobil qurğuya çevriləcək


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin noutbuklarda “Qualcomm” şirkətinin istehsalı olan prosessorlarla işləyəcək versiyasını yaratmaqla məşğuldur.

“ICTnews” Elektron Xəbər Xidməti “IT-Weekly” resursuna istinadən yazır ki, bu fakt fərdi kompüterlər üçün iri prosessorlar tədarükçüsü kimi tanınan “Intel” şirkətinin mövqelərini zəiflədə bilər. Bundan başqa, ABŞ korporasiyasının dəstəyi “Qualcomm” şirkətinə müvafiq bazarda möhkəmlənməyə imkan verəcək, eləcə də əməkdaşlıq perspektivdə İT bazarının strukturunu xeyli dəyişdirəcək.  

Bildirilir ki, “Qualcomm” prosessorları qurğunun batareyasının tutumu nəzərə alınmaqla yaradılıb, həmçinin prosessorlar şəbəkə ilə inteqrasiya edilmiş rabitə vasitələrinə malikdir. “Microsoft” və “Qualcomm” arasında əməkdaşlıq nəticəsində 24 saat elektrik enerjisinə qoşulmadan işləyən və eyni zamanda daim məlumat ötürmə şəbəkələrinə qoşulmuş olan nazik noutbuklar yaradılacaq. İlk belə qurğunun 2017-ci ildə təqdim ediləcəyi gözlənilir.

Məlumata görə, “Windows” əməliyyat sisteminin mobil qurğulara köçürülməsi ilə bağlı problem onlara sistemi quraşdırmaqla deyil, fərdi kompüteri mobil qurğuya çevirməklə həllini tapacaq.

Nizam Nuriyev 





12/12/16    Çap et