Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” qazanc mənbələrini artırır


“Microsoft” və “Samsung” şirkətləri müqavilə imzalayıblar. Müqavilənin şərtlərinə əsasən, Koreya korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısına “Android” əməliyyat sistemi ilə işləyən hər smartfon və planşet üçün lisenziya istifadəsi üçün vəsait ödəməyi öhdəsinə götürüb. Lisenziya ödənişinin qiyməti haqqında isə məlumat verilmir.

Ekspertlərin sözlərinə əsasən, bu, mobil sahədə öz nəticələrinə görə “Google” və “Motorola Mobility” şirkətləri arasındakı sazişdən heç də geri qalmayan vacib hadisədir.

Analitiklər iddia edirlər ki, müqavilə “Samsung”-un “Google”-a etibar etmədiyini göstərir. Əks təqdirdə, “Microsoft” korporasiyası ilə razılaşmazdan əvvəl, o, “Motorola Mobility” satışının rəsmiləşdirilməsini gözləyərdi.

Keçən il “Microsoft” ilə analoji razılaşmanı Tayvanın “HTC” şirkəti bağlayıb. “Microsoft” korporasiyası Tayvan şirkəti tərəfindən satılmış hər “Android” smartfonuna görə 5 dollar alır.




29/09/11    Çap et