Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni dron aqressiv manevrlər edir


Almaniya alimləri giroskop, kamera və akselerometr göstəricilərinə əsasən aqressiv manevrlər yerinə yetirən pilotsuz uçan aparat yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, kvadrakopterlər konstruksiyalarına görə yüksək manevrliyə malik olsalar da, eksperimentlərdə mürəkkəb hərəkətlərin yerinə yetirilməsi üçün adətən əlavə kənar idarəetmə və yerləşmə sistemindən istifadə olunur. Belə sistemdən, məsələn, birrotorlu asimmetrik dronun sınaqları və dronlar vasitəsilə kəndirli keçidin tikintisi üçün istifadə olunub.

Bununla belə, kənar sistemlər mövcud texnologiyaların tətbiqini məhdudlaşdırır. Pilotsuz uçan aparatları maksimum müstəqil etmək üçün mühəndislər yalnız akselerometr, giroskop və bort kamerası göstəricilərindən istifadəni təklif ediblər. Nümayiş zamanı mütəxəssislər birplatalı "Odroid-XU4" kompüteri bazasında sistemi sınaqdan keçiriblər. Alqoritm düzbucaqlı oyuq vasitəsilə dronun uçuşuna müəyyən düzəlişlər edib.  

Məlumata görə, proqram təminatının pəncərə bucağının dönməsindən asılı olmayaraq trayektoriyanı hesablamağa imkan verməsinə baxmayaraq praktikada alimlər 45 dərəcəlik bucağı ötməyiblər. Bu, aparatın maneələri dəf edərkən saniyədə üç metrədək sürət toplayan ağır çəkisi (830 qram) ilə izah edilib. Həmçinin bu halda aparatın trayektoriyadan uzaqlaşması 10 santimetrdən çox olmayıb.

Alimlərin hesablamalarına görə, kvadrakopterin uğurlu uçuşu 80 faiz təşkil edib. Bundan əvvəl analoji texnologiyanı Pensilvaniya Universitetinin tədqiqatçıları nümayiş etdirib. Onların sistemi də yalnız öz ötürücü və hesablama imkanlarından istifadə edib. Lakin aparatın çəkisi 250 qram olub ki, bu da ona daha mürəkkəb vəzifələri yerinə yetirməyə imkan verib.   

Nizam Nuriyev
 







13/12/16    Çap et