Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic" şirkəti avtomatlaşdırılmış kassa yaradıb


Yaponiyanın “Panasonic” şirkəti ilə “Lawson” mağazalar şəbəkəsi tərəfindən birgə əməkdaşlıq çərçivəsində hazırlanmış avtomatlaşdırılmış kassa alıcıları bazarlığı səbətdən paketə yerləşdirmək ehtiyacından xilas edəcək və ödəniş prosesini sürətləndirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, yeni sistem bazarlıq üçün ştrix-kod skanerləri ilə təchiz edilmiş xüsusi zənbil və təkmilləşdirilmiş kassa masalarından ibarətdir. Alıcı sensor ekranlı kassaya yaxınlaşdıqda artıq hazır olan çeki kart və ya nağd pulla ödəmək mümkündür. Bundan sonra içində bazarlıq olan səbət xüsusi yerə qoyulur və aşağıya doğru gedir. Daha sonra paketə yerləşdirilmiş bazarlıq yuxarıya doğru qalxır.

Hazırda bu sistem “Panasonic” şirkətinin mənzil qərargahının qarşısında  yerləşən “Lawson” mağazasında sınaqdan keçirilir. Partnyorlar gələn ilin sonunda və 2018-ci ildə “Lawson” şirkətinin başqa mağazalarında da yeni kassalar qurmaq niyyətindədirlər.

Emil Hüseynov







14/12/16    Çap et