Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”da aşkar edilmiş boşluq 30 milyon istifadəçinin təhlükəsizliyini təhdid edir


“Trustwave” şirkətinin mütəxəssisləri tərəfindən “macOS” sistemində “Skype” üçün aşkar edilmiş bekdor zəngləri, mesajları və başqa informasiyanı ələ keçirməyə imkan verir. Bu boşluq ən azı 2010-cu ildən mövcuddur.

Ekspertlər hesab edirlər ki, sözügedən boşluq “Skype” tərtibatçılarından biri tərəfindən təsadüfən yaradılıb və onu aradan qaldırmaq yaddan çıxıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi isə bu boşluq sayəsində cinayətkarlar istifadəçilərin əlaqə məlumatlarını, zənglərini və gələn mesajlarını ələ keçirə, yazışmaya dəyişiklik edə və yeni çatlar yarada bilərlər.

Çox güman ki yaxın vaxtlarda bu boşluq aradan qaldırılacaq. Hələ ki  “Skype” üzərindən fərdi və bank məlumatları, habelə məxfi informasiya ötürmək təhlükəlidir.

Emil Hüseynov





15/12/16    Çap et