Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda gündəliyə daxil edilmiş məsələlər - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sahibkarların hüquqları və qanuni mənafelərinin qorunması məqsədilə mərkəzi və yerli icra hakimiyyətlərinə verilən tövsiyələri, Şuraların “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarında müraciətlərin elektron qəbulu sistemi”nə inteqrasiyası, eləcə də son vaxtlar Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin bir qədər də artırılması, müraciətlərin ilkin mərhələdə operativ həllini tapması istiqamətində ciddi tədbirlərin görülməsi, o cümlədən hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi bir daha diqqətə çatdırılıb.
15/12/16 Çap et