“Instagram” istifadəçilərinin sayı 600 milyona çatıb
“Instagram” sosial şəbəkəsinin aylıq auditoriyası 600 milyon istifadəçiyə çatıb. Bu göstərici cari ilin iyunundan 100 milyon artıb. Bu barədə xidmətin rəsmi bloqunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, iyunda sosial şəbəkə nümayəndələri auditoriyanın 500 milyona çatmasını, bu göstəricinin 2015-ci ilin sentyabrından 100 milyon artmasını bildiriblər. Aktiv istifadəçilərin budəfəki artımı servis üçün tarixi boyu ən yüksək artım olub. 2014-cü ilin sonunun göstəricisi ilə müqayisədə “Instagram”ın auditoriyası 2 dəfə yüksəlib.
Sosial şəbəkə nümayəndələrinin sözlərinə görə, bu ilin ikinci yarısının ən əlamətdar hadisələri kimi öz-özünə məhv edilən foto, video və “Instagram Stories” foto bölməsinin istifadəyə verilməsini, birbaşa translyasiyaların yaradılmasını, eləcə də şərhləri və abunəçiləri silmək imkanının olmasını qeyd etmək mümkündür.
Nizam Nuriyev