“Microsoft” şirkəti “Flash” texnologiyasından imtina edib
İnternetdə video və reklamın göstərilməsində istifadə edilən “Adobe Flash” texnologiyası tədricən ləğv edilir. Əvvəlcə “Google”, indi isə “Microsoft” şirkəti sözügedən texnologiyadan imtina edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft”un bloqunda deyilir ki, 2017-ci ildə çıxarılacaq “Windows 10 Creator's Update” yenilənməsi zamanı “Edge” brauzerinin versiyası başlanğıc ayar kimi “Flash” texnologiyası əsasında yaradılmış məzmunu bloklayacaq.
Veb səhifə “HTML5” texnologiyasını dəstəklədiyi halda “Microsoft Edge” brauzeri “Flash” texnologiyasını yükləməyəcək. Əks təqdirdə brauzer “Flash” texnologiyasından istifadə barədə soruşacaq və “Flash”in daimi və ya birdəfəlik işə salınmasını seçmək mümkün olacaq.
2016-cı ilin mayında “Google” şirkəti “Chrome” brauzerində “Flash” məzmunun avtomatik göstərilməsini dayandırıb. Yalnız “YouTube”, “Facebook”, “Twitch” və “Amazon” kimi bir neçə xidmət üçün istisna edilib.
Emil Hüseynov