Süni intellekt daha təhlükəsiz akkumulyatorların yaradılmasına kömək edəcək
Yenidən doldurulan litium ion akkumulyatorları elektronikada (xüsusilə mobil qurğularda) geniş istifadə olunur. Litium ion akkumulyatorları yüksək enerji sıxlığı, sabit tutuma və kiçik enerji boşalmasına malikdirlər. Ancaq sözügedən akkumulyatorların əsas çatışmazlığı onların tez alışqanlığıdır. Eyni zamanda alimlər yığcam batareyalar üçün yeni enerji daşıyıcıları axtarırlar. Stenford Universitetinin alimləri ən optimal elektrolitin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, elmi tədqiqat qrupunun rəhbəri Ostin Sendekin sözlərinə görə, bərk enerji daşıyıcılarına üstünlük verilir, çünki onlar daha sabitdirlər və alışma ehtimalı azdır, bundan başqa, batareyaya lazımi formanı verməyə imkan verir. Xüsusiyyətlərinə görə litium-ion batareyasına oxşar ucuz enerji daşıyıcılarının seçimi üçün uyğun və uyğun olmayan kimyəvi birləşmələrin çeşidlənməsi mexanizminə malik süni intellektdən istifadə edilib.
Sendek litiumdan ibarət 12 min bərk birləşmə haqda məlumat toplamaq üçün 2 il vaxt sərf edib, halbuki süni intellekt bir neçə dəqiqədə uyğun gələn elektrolitləri müəyyənləşdirib. İndi alimlər bu elektrolitlərin iş qabiliyyətini real şəraitdə sınaqdan keçirəcəklər.
Emil Hüseynov