Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur sosial şəbəkə yalan xəbərlərlə mübarizə üçün yeni mexanizm istifadəyə verib


“Facebook” sosial şəbəkəsi yalan məlumatların yayılması ilə mübarizə üçün yeni mexanizm istifadəyə verməsini açıqlayıb. Mexanizm vasitəsilə dərc edilmiş şübhəli materiallarda olan informasiyanın həqiqiliyi müstəqil təşkilatlar tərəfindən yoxlanılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yalan xəbərlərlə yenilənmiş mübarizə metodu istifadəçilərə şübhəli istinadlarla bağlı şikayətləri “Facebook” administrasiyasına göndərməyə və onları xüsusi markörlə nişanlamağa imkan verir. Bu imkan əvvəllər də mövcud olub, lakin bu dəfə sosial şəbəkə şübhə doğuran istinadlarla bağlı şikayətləri, eləcə də yalan məlumatlar haqqında digər siqnalları materialların həqiqiliyini yoxlayacaq kənar təşkilatlara yönləndirəcək.  

Məlumata görə, ekspertlər bu və ya digər istinadda yalan xəbərin olması ilə bağlı qərar qəbul etdikdə o, xəbərin nə üçün saxta olduğunu bildirməsini izah edən linkin əlavə olunduğu xüsusi xəbərdarlıq nişanı ilə işarələnəcək. Belə statuslu linklər avtomatik olaraq dostlar lentinin aşağı hissəsində göstəriləcək, onları öz səhifələrində yerləşdirmək istəyən istifadəçilər isə xəbərin yalan olması ilə bağlı bildiriş alacaqlar.

Sosial şəbəkə nümayəndələri, həmçinin başqa resursların adı altında gizlənən və istifadəçiləri reklamın göstərilməsindən imtinaya görə pul əldə etmək üçün cəlb etməklə aktiv yalan xəbərlər yayan saytlarla mübarizə haqqında danışıblar. “Facebook” təmsilçiləri qeyd ediblər ki, sosial şəbəkə domenlərin dəyişdirilməsi imkanını ləğv edib, eləcə də məhdudiyyətlərin tətbiq edilə biləcəyi saytları müəyyənləşdirmək üçün onların təhlili ilə məşğul olur.

Xatırladaq ki, yalan xəbərlər probleminə diqqətin artırılmasına səbəb ABŞ-da keçirilən prezident seçkiləri olub. Seçkilər başa çatdıqdan sonra bir çoxları “Facebook”u səsvermənin nəticəsinə təsir göstərən çoxlu yalan xəbərlər yaymaqda təqsirləndirib.  

Nizam Nuriyev

 

 






19/12/16    Çap et