Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” süni intellektə malik özəl smartfonunu təqdim edib


Çinin “Huawei” şirkəti “Honor” brendinin tarixində ən bahalı smartfonunu təqdim edib. Yeni “Huawei” aparatı eksperimentaldır və Çindən kənarda satışı hələ ki planlaşdırılmır.

Qalınlığı 7.8 mm və çəkisi 145 qr olan sözügedən smartfon “Quad HD” təsvir ölçülü 5.09 düymlük “AMOLED” ekran, “HiSilicon Kirin 950” prosessoru, 4 QB əməli və 64 QB daxili yaddaşla təchiz edilib, amma “microSD” kartı üçün slot mövcud deyil. Yeni smartfon qara-qızılı və ağ rənglərdə əlçatan olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Honor Magic” aparatı ikili 12 meqapiksel və 8 meqapiksel ön kamera, “LTE” tezliyini dəstəkləyir və “SIM” kartlar üçün iki slota (onlardan biri yalnız “2G” şəbəkəsini dəstəkləyir) malikdir. Ekranda idarəetmə düyməsi mövcud deyil.

Akkumulyatorun tutumunun 2900 milliamper/saat olmasına baxmayaraq, yeni texnologiya 10 dəqiqə ərzində smartfonun enerjisini 0-dan 40%-dək, 20 dəqiqəyə 70%-dək doldurur. “Honor” şirkətinin nümayəndələri bildiriblər ki, həm enerjidoldurma qurğusu, həm smartfon, həm də kabel təhlükəsizliyi təmin edən həllərə malikdir.

“Huawei” şirkəti “Honor Magic” qurğusunu maksimum dərəcədə “sehrli” funksiyalarla təchiz ediblər: istifadəçi smartfona baxdıqda ekran avtomatik açılır; yalnız sahibinin sifətini tanıdığı halda bloklama ekranındakı bildirişi göstərir və bloklama ekranına ən çox tez istifadə edilən funksiyanı yerləşdirəcək. Məsələn, siz səhərlər müntəzəm saat 8-də gəzintiyə çıxır və musiqi dinləyirsinizsə, aparat müəyyən vaxtdan sonra bunu "anlayaraq" sürətli giriş üçün bloklama ekranında musiqi tətbiqinin nişanını yerləşdirəcək.

Emil Hüseynov





19/12/16    Çap et