Yeni “HDMI 2.0b” standartında məlumatların ötürülmə sürəti xeyli yüksəldilib
İstehsalçıların populyar “HDMI” interfeysinə qarşı güclü rəqabətinə baxmayaraq, sözügedən interfeys televizor, monitor və başqa texnikada əsas standart olaraq qalır. Bu tendensiya “HDMI 2.0b” spesifikasiyanın çıxışından sonra da saxlanılacaq. Yeni standart bir sıra parametrlərə görə əvvəlki standartı geridə qoyur.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, məsələn, “HDMI 2.0b” standartında məlumatların ötürülmə sürəti 18 Qbit/s-dək artıb. Bu, 2160p təsvir ölçülü və 60 hers tezlikli videoçarxları göstərməyə imkan verir. Bundan başqa, 21:9 genişbucaqlı formatın dəstəyi təkmilləşdirilib.
“HDMI 2.0b” standartı sinxron rejimdə ayrı-ayrı ekranlardan istifadə edən bir neçə tamaşaçı üçün eyni anda iki videoaxının ötürülməsini təmin edə bilir.
Qeyd edək ki, “HDMI 2.0b” formatı üçün yeni kabel lazım deyil. İndi buraxılan kabellər yeni standart üçün yüksək ötürmə qabiliyyətini təmin edə bilər.
Emil Hüseynov