Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq 16 min nəfər bu virusun qurbanı olub


Ekspertlər “Faketoken” adlı bank troyanının yeni modifikasiyasını aşkar ediblər. "Kasperski Laboratoriyası"nın məlumatına görə, bu virus istifadəçinin fayllarını şifrləyir və həmin fayllara giriş üçün pul tələb edir, həmçinin bank kartının məlumatlarını ələ keçirir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Faketoken” troyanı internetdə "adi" oyunlar və proqramlar adı altında yayılır. Virus cihaza qurulduqdan sonra istifadəçinin bütün fayllarını şifrləyir və bu fayllara giriş üçün pul tələb edir. Troyan “AES” şifrləmə alqoritmindən istifadə edir.

Daha sonra virus administrator hüququnu ələ keçirməyə çalışır: istifadəçi razılaşanadək sorğulardan ibarət sonsuz pəncərələr ekrana çıxardır. Troyan bank kartına və poçta giriş əldə etmək üçün “Google Play” və ya “Gmail”in adından saxta xəbərlər yaradır. “Faketoken” virusu 2000 müxtəlif maliyyə proqramından məlumatların ələ keçirilməsinə hesablanıb.

Emil Hüseynov





21/12/16    Çap et