Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hava şarlarından ibarət robot nümayiş olunub


Yaponiya mühəndisləri korpusu heliumla doldurulmuş nazik materiyadan ibarət robot manipulyator yaradıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, uzunluğu 20 metr təşkil edən robot 1,2 kiloqramlıq az çəkisi ilə fərqlənir. Mütəxəssislərin sözlərinə görə, yığılmış vəziyyətdə qurğunu avtomobilin baqajına yerləşdirmək olar.    

Məlumata görə, manipulyator konstruksiyanın üst tərəfinə bərkidilmiş süni “pnevmatik əzələlərlə” idarə olunur. Lakin mühəndislər qeyd edirlər ki, robot ağır yüklərin daşınması üçün nəzərdə tutulmayıb. Qurğudan istifadənin perspektivli sahəsinin axtarış və xilasetmə əməliyyatlarının olacağı bildirilir.

Nizam Nuriyev

 






22/12/16    Çap et