Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” artıq 20 ildir həm də tədqiqatlarla məşğul olur


“Microsoft” korporasiyasının (Microsoft Research) elmi-tədqiqat (R&D) bölməsi 20 ildir ki fəaliyyət göstərir. Hal-hazırda bu qurumda 800-dən çox mütəxəssis fəaliyyət göstərir.

Onlar hesablama riyaziyyatını və kibernetikanı inkişaf etdirir, maşın təlimi, proqramlaşdırma metodlarını, insanın kompyuterlə qarşılıqlı əlaqəsi üsullarını öyrənirlər. Bundan başqa, “Microsoft Research” digər tədqiqat mərkəzləri ilə də əməkdaşlıq edir.

“Microsoft Research” bütün dünyada inkişaf etmiş mərkəz şəbəkəsinə malikdir: onlar Amerika Redmondunda (Vaşinqton ştatı), Silikon Vadisində (Kaliforniya, ABŞ), Kembricdə (Böyük Britaniya), Pekində (Çin) və Banqalorda (Hindistan) yerləşir.

Proqram nəhəngi olan “Microsoft” hər il “R&D” istiqamətə 9 milyarddan dollar çox vəsait xərcləyir. “Microsoft Research”-ın 20 il ərzindəki işinin əsas ideyası kompyuterin universal məhsuldar qurğuya çevrilməsi olub.




29/09/11    Çap et