Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il mobil oyunlar gəlirə görə kompüter və konsol oyunlarını üstələyib


"SuperData" analitik şirkəti 2016-cı il üçün interaktiv əyləncələr bazarı üzrə maliyyə statistikasını dərc edib. Statistikaya görə, başa çatmaqda olan ildə oyun sənayesinin gəlirləri 91 milyard dollara çatıb.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, daha çox gəliri oyun həvəskarlarının təxminən 41 milyard dollar xərclədiyi mobil oyun proqramları gətirib. Onlar arasında ən çox satılan "Monster Strike", "Clash of Clans" və "Clash Royale" oyunları olub. Bu baxımdan fərdi kompüterlər üçün oyunlar bazarı da geri qalmır. Oyun həvəskarları 2016-cı ildə adi oyunlara, abunə ilə kütləvi çoxistifadəli onlayn oyuna (MMO), "free-to-play" və digər sosial şəbəkə oyunlarına təxminən 36 milyard dollar sərf ediblər. Bu seqmentdə il ərzində yaradıcılarına 1,7 milyard dollar qazandıran "League of Legends" oyunu mütləq liderdir.

Qalan məbləğ konsol bazarı, kiberidman, video oyunları və virtual reallıq bazarı arasında bölünüb. Konsol oyun həvəskarları bu il 6,6 milyard dollar xərcləyib ki, bunun da 591 milyard dolları "Call of Duty: Black Ops 3" və 585 milyard dolları "Overwatch" oyunlarına sərf edilib.

Virtual reallıq qurğuları bazarında vəziyyət isə ürəkaçan deyil. Qurğuların qiymətinin baha və ciddi animasiya oyunlarının sayının az olmasına görə bu seqmentdə gəlir 2,7 milyard dollara bərabərdir.

Nizam Nuriyev 





23/12/16    Çap et