Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” daha 3500 əməkdaşını işsiz qoyacaq


Ən böyük mobil telefon istehsalçılarından biri olan “Nokia” korporasiyası yenidən strukturlaşdırma planı çərçivəsində 2012-ci ilin sonuna qədər daha 3500 əməkdaş çıxaracaq. Bu barədə şirkətin rəsmi press-relizində bildirilib.

Qeyd olunub ki, “Nokia” korporasiyası Rumıniyada yerləşən fabriklərindən birini bağlamaq haqqında qərar qəbul edib, bu isə öz növbəsində 2200 işçinin iş yerini itirməsi deməkdir.

Bundan başqa, yenidən strukturlaşdırma korporasiyanın Almaniya və ABŞ-da yerləşən ticarət bölmələrindən də yan keçməyəcək və 1300 işçi ixtisar ediləcək.




29/09/11    Çap et