Bu ilin əsas informasiya sızma halları açıqlanıb
Ekspertlər 2016-cı ilin əsas informasiya sızma hallarını açıqlayıblar. Birinci yeri "Experian plс" şirkətinin "DoubleFlag" qruplaşmasının hakerləri tərəfindən oğurlanan informasiya bazası tutub.
"ICTnews" Elektron Xəbər Xidməti "
DNI24" resursuna istinadən yazır ki, dünya ictimaiyyəti hakerlərin 200 milyon müştərinin fərdi məlumatının və maliyyə informasiyasının oğurlandığı bu qalmaqal barədə dekabrın əvvəlində xəbər tutub. Nəticə etibarilə informasiyanı 0,8082 "Bitcoin" virtual valyutasına almaq mümkün olub. Qeyd etmək lazımdır ki, "Experian plс" şirkəti informasiya sızmasının baş verməsini şərh etməyib.
Məlumata görə, Rusiya Federasiyasında ən böyük sızma "Mail.ru" portalının 57 milyon istifadəçisinin informasiyasının oğurlanması olub. Nəticədə hakerlər parolları, eləcə də ünvanları əlli rubla satmağa çalışıblar. Şirkət nümayəndələri tərəfindən oğurlanan informasiyanın həqiqi olmadığı bildirilib.
Məlumata görə, ən böyük ziyan Birləşmiş Ərəb Əmirlikləri təşkilatına vurulub. Belə ki, ölkədə fəaliyyət göstərən maliyyə təşkilatlarından birinin əməkdaşı iqtisadi inkişaf şöbəsinin məlumatlarını oğurlayaraq ona 8,3 milyon dirhəm məbləğində ziyan vurub.
Bundan başqa, cinayətkarlar ABŞ-ın Nyu-Hempşir ştatının istifadəçilərinin oğurlandığı məlumatlardan istifadə edərək fiziki şəxslərə böyük ziyan vurublar. Onlar oğurlanan informasiyadan saxta vergi tutulmalarının rəsmiləşdirilməsində istifadə ediblər. Bu halda ziyanın məbləği 1,1 milyon dollar təşkil edib.
Nizam Nuriyev