Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyaları sahəsi üzrə karyera qurmaq istəyən tələbələr ilə görüşlər keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərində informasiya texnologiyaları sahəsi üzrə karyera qurmaq istəyən tələbələr ilə görüşlər keçirilib.
 
Görüşlər zamanı tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verilib və onların bu sahə üzrə karyera qurmaq imkanları qeyd edilib.
 
"İT karyeranın inkişafı" mövzusunda təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb. Həmçinin, tələbələrin informasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq ilə məşğul olmaları üçün nazirliyin təqdim etdiyi üstünlüklər onların diqqətinə çatdırılıb.
 
Tədbirilərin yekununda tələbələrə RYTN-in həyata keçirdiyi layihələr, o cümlədən "Elektron hökumət" portalı barəsində geniş məlumat verilib.
 
Yeni ildən etibarən bu ənənənin digər ali təhsil ocaqlarında davam etdirilməsi nəzərdə tutulub.









26/12/16    Çap et