Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”in reklam gəliri niyə sürətlə artır?
“Emarketer” marketinq şirkətinin hesablamasına əsasən, cari ildə “Twitter” şirkətinin reklamdan əldə olunan gəliri 139,5 milyon dollar olacaq.
Bundan əvvəl analitiklər bildirirdilər ki, “Twitter” reklamdan 150 milyon dollar gəlir əldə edə bilərdi, lakin bir sıra xidmətlərin genişlənməsi ilə bağlı ləngimələrə görə təxminən 10 milyon dollar itirəcək.
Analitiklər bildirirlər ki, “Twitter” hələ də öz şəbəkəsində reklamın avtomatik yerləşdirilməsi platformasını reallaşdırmayıb, bu isə gəlirə neqativ təsir edəcək.
Lakin hətta belə neqativ amili nəzərə alsaq belə, şirkətin reklamdan əldə olunan gəlir göstəriciləri bir il ərzində 3 dəfə artacaq. “Emarketer” şirkəti proqnozlaşdırır ki, “Twitter” şəbəkəsinin 2013-cü ilə reklamdan əldə olunan gəliri 400 milyon dollar olacaq.
Rəsmi məlumatlara görə, “Twitter” istifadəçilərinin sayı bu ay 100 milyonu ötüb . Bu isə reklam gəlirinin artımını təmin edir.
29/09/11 Çap et