Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” aktuallığını itirir?


“Facebook”un istifadəçi bazası çox böyükdür və şəbəkə artmağa davam edir, ancaq son aylar ərzində “Facebook” istifadəçilərinin sayı hiss olunacaq dərəcədə azalıb və Mark Sukerberq tərəfindən səsləndirilmiş bütün dünya üzrə 1 milyard istifadəçi plankası sosial şəbəkə üçün həyata keçməz xəyal kimi qala bilər.
“İnside Facebook” internet-resursunun məlumatlarına əsasən, 1 iyun tarixinə olan vəziyyətə görə şəbəkədə 687 milyon istifadəçi hesablanıb, halbuki bir çox analitiklər tərəfindən 700-730 milyon istifadəçi olacağı gözlənilirdi. Həmçinin nəşriyyat bildirib ki, artım sürətinin azalması artıq ikinci aydır ki qeyd edilib. Yaxın vaxtlara qədər, “Facebook” bazasının orta aylıq artımı minimum 20 milyon istifadəçi, ancaq aprel ayında cəmi 13,9 milyon istifadəçi və mayda isə daha az - 11,8 milyon istifadəçi təşkil edib. Bazanın əhəmiyyətli artımı internet-infrastrukturun təzə-təzə inkişaf etdiyi ölkələrin istifadəçisi hesabına müşahidə olunur.
ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələr may ayında “Facebook”da mənfi istifadəçi dinamikasını göstərib.
May ayında ABŞ-da “Facebook” istifadəçilərinin bazası 6 milyon azalmış və 149,4milyon istifadəçi təşkil edib, Kanadada isə 1.52 milyon istifadəçi azalıb və 16,6 milyon istifadəçi təşkil edib.
“Facebook” hələ rəsmən istifadəçi statistikasını vermir və şirkət yalnız köhnə ilin bəyanatları ilə kifayətlənib.




13/06/11    Çap et