Ekspertlər 2017-ci ildə zərərverici proqram təminatından istifadə edilməyən hücumların artımını proqnozlaşdırır
Uzun illər ərzində virus yazanlar təhlükəsizlik mexanizmlərini keçmək məqsədi ilə sistemə yüklənən zərərverici faylların tərkibinin gizlədilməsi üzrə yeni üsullar ixtira etmək üçün böyük səy göstərirlər. Ekspertlərin məlumatına görə, 2016-cı ildə kompüterin yaddaşında fayllardan istifadə etmədən həyata keçirilən hücumların sayı xeyli artıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, sözsüz ki, belə hücumlar yeni sayılmır, ancaq geridə qoyduğumuz ildə tədqiqatçılar onların yüksəlişini qeydə alıblar. “Carbon Black” şirkətinin hesabatına əsasən, 2016-cı ilin ikinci yarısında zərərverici proqram təminatından istifadə edilmədən həyata keçirilmiş hücumların sayı 33% artıb. 90 gün ərzində təşkilatların təxminən 33%-i zərərverici proqram təminatından istifadə edilməyən ən azı bir güclü hücumla qarşılaşır.
Belə hücum nümunələrindən biri ABŞ Demokrat Partiyasının Milli Komitəsinin şəbəkəsinə müdaxilədir. Buna görə ekspertlər belə hadisələrə daha çox diqqət verməyə başlayıblar. Bundan əvvəl “Proofpoint” tədqiqatçıları informasiya oğurluğu üçün nəzərdə tutulmuş yeni “August” zərərverici proqram təminatı haqda məlumat veriblər. Troyan özündə zərərverici makroslar saxlayan “Microsoft Office” sənədi bərkidilmiş elektron məktubların köməyi ilə yayılır.
Ekspertlərin fikrincə, 2017-ci ildə fayllardan istifadə edilmədən həyata keçiriləcək hücumların azalması gözlənilmir. “Symantec” şirkətinin məlumatına görə, şirkətlər belə təhdidlərə hazır olmalıdırlar.
Emil Hüseynov