Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda avtomobillər üçün rəqəmli TV qəbuledicisi istehsal olunacaq


Elektron avadanlıqların istehsalı ilə məşğul olan “Kür” zavodu avtomobillər üçün rəqəmsal TV qəbulediciləri “AutoPC”- kompyuterləri istehsal etməyi planlaşdırır.

Zavodun direktoru Rizvan Osmanovun bildirdiyinə görə, bu kompyuterlər avtomobildə 12 vatt gərginliyi ilə işləyəcəklər.

“HDD”- 250 GB, “RAM” – 1 GB , “VGA” (videokart) -128 MB, Monitor – 7 düym. Kompyuterin parametrləri 5 min MP3 və 40 film yükləməyə imkan verir. O həm də oyunlar üçün zəruri olan xüsusi qurğu ilə təchiz edilmişdir.

Osmanov qeyd etdi ki, “AutoPC”-nin dəyəri hələlik dəqiqləşməyib. Qeyd edək ki, aparılmış təhlillərə görə, bu avadanlığın köməyi ilə rəqəmsal TV proqramlarına kəsintisiz baxmaq mümkün olacaq.




29/09/11    Çap et