Dünyanın ən nüfuzlu brendlərinin reytinqi tərtib edilib
“World Brand Lab” şirkətinin ekspertləri planetin ən nüfuzlu brendlərinin reytinqini tərtib ediblər. “Apple” korporasiyası birinci pillədə qərarlaşıb.
Analitiklər “Top-500” ən nüfuzlu şirkətin tərtibi zamanı onların bazar payını, dünya bazarındakı mövqeyini və müştərilərin loyallığını nəzərə alıblar. Sözügedən reytinqdə İT nəhəngləri energetika, avtomobil istehsalı, media və sairə sahələr üzrə brendləri geridə qoyaraq ön pillələrdə yerləşiblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-tech.mail.ru” saytına istinadən yazır ki, 500 ən nüfuzlu şirkətin reytinqində ABŞ-dan 227, Çindən 38 brend təmsil olunub. Reytinqdə 28 ölkənin brendi iştirak edib.
100 ən yaxşı brend siyahısında Çindən 8 şirkət (“Haier”, “Tencent”, “China Mobile”, “Huawei”, “Lenovo” və s.) yer alıb.
Həmçinin “Interbrand” şirkəti müvafiq araşdırma aparıb. 178.1 milyard dollar göstəriciyə malik “Apple” korporasiyası yenə də birinci olub. “Google” şirkəti ikinci pillədə qərarlaşıb.
Emil Hüseynov