Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində od və suya davamlı kağız hazırlanıb


Çin alimləri tərəfindən hazırlanmış kağız odda yanmır və suda islanmır. Yeni materialın dünyada analoqu yoxdur.

"Şanxay jibao" nəşrinin məlumatına görə, unikal kağız Çin Elmlər Akademiyası yanında Şanxay Keramika İnstitutunun professoru Çju İnszenin rəhbərliyi altında çalışan alimlər qrupu tərəfindən icad edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, bu qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm və ekstremal şəraitdə mexaniki zədələrə qarşı dayanıqlıdır və 200 selsi dərəcə temperaturun təsirinə dözmək qabiliyyətinə malikdir.

Kağızın strukturu elə hazırlanıb ki, mexaniki zədələndikdə belə suda islanmır. Kağızın üzərinə süd, qəhvə, şirə və ya çay töküldükdə heç bir iz qalmır.

Hazırda Çin alimləri öz ixtirasına patent almaq üçün sorğu göndəriblər. İstehsalçıların fikrincə, yeni material bir çox sahələrdə (vacib sənədlərin saxlanılmasından küçələrdəki reklam lövhələrinədək) tətbiq edilə bilər.

Emil Hüseynov





06/01/17    Çap et