Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xərçəng xəstəliyi “3D” printerdə çap edilən robotlar vasitəsilə müalicə ediləcək


Çin alimləri bədxassəli şişlərlə mübarizə üçün yeni üsul hazırlayaraq “3D” printer vasitəsilə strukturunu hidrogellə işləyən maddənin təşkil etdiyi kiçik robotlar yaratmağa nail olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vista News” resursuna istinadən yazır ki, robotlar dəri örtükləri arasından insan bədəninə daxil olaraq orqanizm daxilində doksorubisin dərman maddəsi qatını bərabər və tədricən bölüşdürür. Alimlər dərmanın bu üsulla daxil edilməsini ənənəvi analoqlarla müqayisədə daha effektiv olacağına ümid edirlər. Kənardan xüsusi enerji doldurma tələb etməyən robotlar nə batareya, nə akkumulyator, nə də elektrik şəbəkəsindən enerji toplamaq üçün naqillərlə təchiz edilməyiblər. Mexanizmlər elektromaqnit dalğalarının şüalandırılmasının köməyi ilə idarə olunur.
 
Məlumata görə, yeni xərçəng müalicəsi metodunun effektivliyi artıq sınaqdan keçirilib. Belə ki, təcrübədə iştirak edən siçanlar texnologiyanın təsirindən sonra xəstəliklə mübarizədə müəyyən rahatlıq hiss etməyə başlayıblar. Onların xərçəng hüceyrələri yox olmasa da, yeni metastazların yayılmasının qarşısını, demək olar, almaq mümkün olub. Hidrogel əsaslı robotların insanın onkoloji xəstəliklərlə mübarizəsinə hansı effekti göstərəcəyi hələ ki naməlumdur.
 
Nizam Nuriyev 





07/01/17    Çap et