Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Qazaxıstan birgə İT-layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcək


İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın VIII iclasının yekunlarına dair imzalanmış protokolda qeyd edilir ki, Azərbaycan və Qazaxıstan müştərək telekommunikasiya layihələrinin həyata keçirilməsində əməkdaşlıq edəcək.

Protokolda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Qazaxıstan İnformasiyalaşdırma və Rabitə Agentliyi arasında bundan əvvəl imzalanmış niyyət protokoluna uyğun olaraq, Siyəzən (Azərbaycan) - Kindərli (Qazaxıstan) sualtı optik-lif kabel magistralının çəkilməsi işlərinin tezləşdirilməsinin vacibliyi qeyd olunur.

Komissiya iki ölkənin rabitə idarələrinə Azərbaycan və Qazaxıstanın beynəlxalq rabitə operatorlarının iştirakı ilə Xəzər dənizinin dibi ilə optik-lif kabel magistralının tikintisi üzrə tədbirlərin həyata keçirilməsi işlərinin davam etdirilməsi və komissiyanın növbəti iclasında hər iki ölkənin rabitə operatorlarının Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsinin reallaşdırılmasında iştirakı məsələsini müzakirə etməyi tapşırıb.




30/09/11    Çap et