Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti yazda öz yeniliklərini təqdim edəcək


“KGI Securities” şirkətinin tanınmış analitiki Min-Çi Kuonun “9to5Mac” nəşri üçün yeni proqnozuna əsasən, “Apple” şirkəti cari ilin yazında üç yeni “iPad” modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük “iPad” modeli “A10X” prosessoru ilə işləyən “iPad Pro” modelinin ikinci nəslidir.

9.7 düymlük “iPad” modeli ilk dəfə 2015-ci ildə “iPhone 6S” və “6S Plus” smartfonlarında tətbiq edilmiş “A9” prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin “A10X” prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə “iPad” planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

Emil Hüseynov





10/01/17    Çap et