Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nanokapsulların idarə edilməsi xəstəliklərin daha səmərəli müalicəsini təmin edəcək
Son zamanlar dərman vasitələrinin orqanizmdə lazımi yerə çatdırılması alimlər arasında böyük populyarlıq qazanıb. Amma bu texnologiyanın üstün cəhətlərinə baxmayaraq, bir sıra çatışmazlıqlara da malikdir. Bu texnologiyanın konstruksiyasında istifadə edilən elementlər hazırda kimyəvi qradiyent texnologiyasına əsaslanır.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Niderlandın Redbaund Universitetinin alimləri nanokapsulun hərəkətinə tamamilə nəzarət etməyə imkan verən üsul tapıblar. Yeni üsul nanokapsullara xəstə toxumalardan ibarət sahəyə (bu sahədə temperatur sağlam toxumalarla müqayisədə həmişə bir qədər çoxdur) çatdıqda dayanmağa imkan verir. Bundan başqa, konstruksiyada kapsulun hərəkət və döngəsinə nəzarət üçün elementlər mövcuddur. Əyləc sistemi korpusda yerləşdirilmiş polimerin istiliyinə həssas molekullardan ibarətdir. Temperatur dəyişikliyi yanacağın (indiki halda hidrogen peroksid) katalizator qatı ilə örtülmüş səthin sahəsinə girişini blok edərək bu molekulları sıxılmağa və ya əyilməyə məcbur edir. Bu molekulların həssaslığı kifayət qədər yüksəkdir, 35 selsi və daha yuxarı temperaturda yanacağın verilməsi bloklanır ki, bu da nanomexanizmi dayanmağa məcbur edir.
Texnologiyanın yaradıcıları bildiriblər ki, gələcəkdə temperatur dəyişikliyinə reaksiya verən əyləc sistemini işığa reaksiya verən əyləclə əvəz etmək planlaşdırılır.
Emil Hüseynov
11/01/17 Çap et