Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar
Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır. Smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir. Məsələn, məhz akkumulyator batareyasının defekti "Samsung Galaxy Note 7" smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir.
"ICTnews" Elektron Xəbər Xidməti "
hitech.newsru.ru" saytına istinadən yazır ki, Stenford Universitetinin alimləri bu problemin həlli kimi oda davamlı litium-ion akkumulyator prototipini hazırlayıblar.
Litium-ion batareyalarının alışıb yanması ilə mübarizə metodu trifenilfosfat adlı maddədən istifadəyə əsaslanır. Bu maddə akkumulyatorun elektrodlarını bir-birindən ayıran və plastikdən hazırlanmış ayırıcılara əlavə olunur. Batareya 150 selsi dərəcəyə qədər qızdıqda ayırıcılar əriməyə başlayaraq trifenilfosfat maddəsi buraxırlar ki, bu da alışmanın qarşısını alır.
Emil Hüseynov