“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb
“Eset” antivirus şirkəti “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularına hücum edən zərərli proqram aşkarlamasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” resursuna istinadən yazır ki, “Rakos” adlanan proqram açıq “SSH” portlu və zəif parollu qurğu və serverləri axtarır, avadanlığı yoluxdurduqdan sonra onlardan virusun yayılması üçün istifadə edir. Hücum kiçik “IP” ünvanları siyahısından başlayır, daha sonra hədəflərin sayı artır.
Yoluxdurulmuş qurğuda “Rakos” proqramın yeni versiyalarına köhnə versiya proseslərini bağlamağa və "URL” sorğularını yaratmağa imkan verən lokal “НТТР” serverini quraşdırır. Həmçinin təsadüfi “ТСР” çıxışlarında daxil olan bağlantıları “dinləyən” internet serveri işə salınır.
Daha sonra virus yoluxdurulmuş qurğu barədə informasiyanın (o cümlədən login və parol) odluğu “НТТР” sorğusunu cinayətkarların komanda serverinə göndərir.
“Eset” mütəxəssisləri qeyd edir ki, hazırda “Rakos” mühafizə olunmayan qurğulardan ibarət “botnet” yaradır və pisniyyətli fəaliyyət üçün istifadə edilmir. Lakin ekspertlər gələcəkdə “DDoS” hücumlarının həyata keçirilməsini və “spam”ın göndərilməsini mümkün sayırlar. Bundan başqa, proqramın uğursuz eksperimentin nəticəsi olması ehtimal edilir.
Nizam Nuriyev